"Lester Siti"də çıxış edən Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü mövsümün sonunda "Atletiko Madrid"ə transfer olunacaq.
Bu barədə Fichajes" portalı məlumat verib. Bildirilir ki, türk futbolçunun "Lester Siti" ilə müqaviləsimövsümün sonunda başa çatır və o klubu ilə müqavilə yeniləməyəcək. Bununla da, Çağlar Söyüncünün "Atletiko Madrid"ə azad agent kimi keçəcəyi bildirilir. Məlumata görə, "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeoneni Çağları komandasında görmək istəyir.Buna görə də, Söyüncünün paytaxt təmsilçisi ilə ilkin müqavilə imzaladığı bildirilir.
Qeyd edək ki, bu mövsüm "Lester Siti"nin heyətində cəmi 6 oyunda meydana çıxmaq şansı qazanan Çağlar Söyüncü 439 dəqiqə meydanda qalıb.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb