Azərbaycan samboçuları Avropa çempionatında bir neçə medal qazanıblar.
Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən bildirilib ki, samboçulardan ibarət milli komandamız İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.
Mirfəttah Seyidəliyev (64 kq) ikinci yeri tutub. Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə ediblər.
Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir.
Xatırladaq ki, qitə birinciliyi aprelin 23-də başa çatacaq.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb