ÇL: "Real" və "Milan" finalda
Tarix: 19-04-2023, 08:00
Baxılıb: 1 089
Google+ Paylaş
Tumblr Paylaş

ÇL: "Real" və "Milan" finalda

19-04-2023, 08:00

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iki cavab matçı baş tutub.

İspaniya “Real Madrid”i İngiltərə təmsilçisi “Çelsi”ni mübarizədən kənarlaşdırıb. İspaniya təmsilçisi öz meydanında olduğu kimi, səfərdə də 2-0 qalib gələrək yarımfinala yüksəlib.

İtaliya klublarının duelindən isə “Milan” üstün ayrılıb. A seriyasının lideri “Napoli”ni evdə yeganə qolla məğlub edən “rossonyerlər” səfərdə rəqibi ilə bərabərə qalıblar. Olivye Jiru 43-cü dəqiqədə hesabı açıb. Viktor Osimxenin 90+3-cü dəqiqədəki qolu “Napoli”ni məğlubiyyətdən qurtarmağa yetib – 1:1. Lakin ilk görüşdəki 1:0 hesablı qələbə sayəsində yarımfinala adlayan tərəf “Milan” olub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ