Azərbaycan Avropa Çempionatının qalibi oldu
Tarix: 21-03-2023, 08:43
Baxılıb: 1 109
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Avropa Çempionatının qalibi oldu

21-03-2023, 08:43

Azərbaycan güləşi 2023-cü ilə inamla start verib. Ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı idmançılarımız üçün uğurlu alınıb.

Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində 4 medal qazanıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub. Yığmamız medalların əyarına görə Avropanın ən güclü komandası olub.

Daha sonra estafeti qəbul edən qadın güləşçilərimizdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal əldə ediblər.

Çempionatın son günlərində sərbəst güləşçilər mübarizəyə qoşulublar. Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıblar. Toplamda 140 toplayan yığmamız həm medalların əyarına, həm də xallara görə komanda hesabında birinci yeri tutub. Beləliklə, bu millimiz ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Nəhayət ümumi sıralamaya nəzər salaq. Azərbaycan 6 qızıl, 3 gümüş və 3 bürünc medalla Avropada birinci yeri tutub. Ukrayna (5-5-5) ikinci, Fransa (3-2-2) isə üçüncü pillədə qərarlaşıb. Xatırladaq ki, ötən il də Azərbaycan ümumi sıralamda U-23 Avropa çempionatının qalibi olmuşdu.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ