"Arsenal" adını tarixə yazdı
Tarix: 2-03-2023, 16:48
Baxılıb: 1 105
Google+ Paylaş
Tumblr Paylaş

"Arsenal" adını tarixə yazdı

2-03-2023, 16:48

"Arsenal" İngiltərə futbolunun tarixinə düşüb.

"Topçular" Premyer Liqanın 7-ci turundan təxirə salınan "Everton"la görüşdə qalib gəlməklə ilkə imza atıb. London təmsilçisi "mavilər"i ümumilikdə 100-cü dəfə məğlub edib.

Beləliklə, "Arsenal" çempionatda bir rəqib üzərində 100 qalibiyyət əldə edən ilk klub adını qazanıb. Bu 100 qələbə həddinə çatmaq üçün 204 oyun lazım olub. "Topçular" digər 104 görüşün 43-də heç-heçə edib, 61 dəfə uduzub.

Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlində 60 xalla liderdir. Londonlular 2-ci yerdəki "Mançester Siti"ni 5 xal qabaqlayırlar

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ