Əliyar Ağayevin təyinat aldığı oyun təxirə salındı
Tarix: 1-03-2023, 20:28
Baxılıb: 1 114
Google+ Paylaş
Tumblr Paylaş

Əliyar Ağayevin təyinat aldığı oyun təxirə salındı

1-03-2023, 20:28

Bu gün "Olimpiakos" və AEK komandaları arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu təxirə salınıb.

Buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.

Hələlik qarşılaşmanın yeni tarixi açıqlanmayıb. İlk matçda AEK komandası 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Olimpiakos" - AEK oyununa Azərbaycanın FİFA referisi Əliyar Ağayev təyinat alıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ