"Qarabağ"dan daha bir transfer açıqlaması
Tarix: 25-01-2023, 08:13
Baxılıb: 1 151
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ"dan daha bir transfer açıqlaması

25-01-2023, 08:13

"Qarabağ" Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqlayıb.

Bununla bağlı Ağdam klubunun sosial şəbəkə hesabında video paylaşılıb.

Son olaraq ölkəsinin "Tirana" komandasında çıxış edən 25 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan futbolçu 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ