"Qarabağ"dan daha bir transfer açıqlaması
Tarix: 21-01-2023, 20:53
Baxılıb: 2 841
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ"dan daha bir transfer açıqlaması

21-01-2023, 20:53

"Qarabağ” qış “transfer pəncərəsi”nin ikinci transferini də reallaşdırıb.

AvroMedia.az-ın əldə etdiyi məlumata görə, “köhlən atlar” Redon Cica ilə anlaşıb.

24 yaşlı Cica Albaniya yığmasının üzvüdür. O, əsas millidə 2 oyun keçirib.

Cinah yarımmüdafiəçisi “Şkendiya”nın yetirməsidir. 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.

2021-ci ildə “Tirana”ya üz tutub və ötən müddətdə 49 oyuna çıxıb, 29 qol vurub.

Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin mövqeyini öyrəndik. O, xəbəri nə təkzib etdi, nə də təsdiq:

“Hazırda bir neçə futbolçu ilə danışıqlar aparırıq. Bəzilərinin klubları, bəzilərinin də özləri ilə birbaşa danışıqlar aparırıq. Amma rəsmi olaraq heç kimlə razılıq əldə etməməişik. Ona görə də, transfer siyahımızda olan futbolçuların adlarını çəkməyəcəm. Amma hazırda vəziyyət elədir ki, onlardan heç biri ilə rəsmi razılıq əldə olunmayıb. Ona görə də ad çəkməyi məqsədəuyğun hesab etmirəm”

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ