Messiyə görə AFFA-ya iş açıldı
Tarix: 14-01-2023, 08:22
Baxılıb: 2 041
Google+ Paylaş
Tumblr Paylaş

Messiyə görə AFFA-ya iş açıldı

14-01-2023, 08:22

Beynəlxalq Futbol Federasiyası (FİFA) Argentina Futbol Assosiasiyasına (AFA) qarşı intizam işi açıb.

Bu barədə FİFA-nın saytında məlumat verilib.

Bəyanatda bildirilir ki, iş təhqiredici davranış və ədalətli oyun prinsiplərinin pozulması ilə bağlı maddələrin mümkün pozulması, habelə oyunçular və rəsmilər tərəfindən qanunsuz davranışlar səbəbindən qaldırılıb. Qeyd olunur ki, söhbət 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final oyununda futbolçuların davranışından gedir.

Bundan əvvəl Messinin 1/4 final matçından sonra verdiyi müsahibə zamanı hollandiyalı hücumçu Vout Veqorstu təhqir etdiyi məlum olub .

"Sən nəyə baxırsan, əclaf? Get burdan”, – deyə argentinalı hücumçu rəqibinə bildirib.

O, davranışını onunla izah edib ki, Veqorst oyundan əvvəl və oyun zamanı komandanı təhrik edib.

2022-ci il dekabrın 18-də Argentina millisi Qətərdə keçirilən turnirin final oyununda Fransanı məğlub edərək tarixdə üçüncü dəfə kuboku qazanıb. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar hərəyə bir qol vurub. Penaltilər seriyasında Argentina daha güclü olub - 4:2

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ