Əfsanəvi futbolçu vəfat etdi
Tarix: 9-01-2023, 08:17
Baxılıb: 1 104
Google+ Paylaş
Tumblr Paylaş

Əfsanəvi futbolçu vəfat etdi

9-01-2023, 08:17

Braziliya millisinin sabiq hücumçusu, Dinamit kimi tanınan Karlos Roberto de Oliveyra 68 yaşında vəfat edib.

Bu barədə onun karyerasının böyük hissəsini keçirdiyi “Vasko da Qama” klubunun saytında məlumat verilib.

İdmançının ölüm səbəbi bağırsaq xərçəngi olub.

Roberto 1971-1979-cu illərdə və 1980-1993-cü illərdə “Vasko da Qama”da çıxış edib, oynadığı matçların (1110) və vurulan qolların (708) sayına görə klubun rekordçusu olub.

O, həmçinin İspaniyanın “Barselona”, Braziliyanın “Portuqaliya” və “Kampo Qrande” klublarında da çıxış edib. 2008-2014-cü illərdə artıqk eçmiş futbolçu “Vasko da Qama”nın prezidenti vəzifəsində çalışıb.

Braziliya millisinin heyətində futbolçu 38 oyun keçirib və 20 qol vurub. Milli komanda ilə Dünya Çempionatının bürünc mükafatçısı (1978), Amerika Kubokunun gümüş (1983) və bürünc (1975) mükafatçısı olub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ