İlin ən yaxşı futbolçusu o seçildi
Tarix: 4-01-2023, 18:25
Baxılıb: 1 111
Google+ Paylaş
Tumblr Paylaş

İlin ən yaxşı futbolçusu o seçildi

4-01-2023, 18:25

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Bu ada Argentina millisinin və Fransa PSJ-sinin hücumçusu Lionel Messi layiq görülüb. 36 yaşlı forvard 275 xalla bütün rəqiblərini geridə qoyub.

İkinci yeri Messinin Paris təmsilçisindən komanda yoldaşı olan Kilian Mbappe (35 xal) tutub. İlk üçlüyü 30 xalla "Real Madrid"in hücumçusu Kərim Benzema tamamlayıb.

Onun "kral klubu"ndan komanda yoldaşı olan xorvatiyalı Luka Modriç (15 xal) 4-cü, İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holan (5 xal) isə 5-ci olub.

Qeyd edək ki, Lionel Messi ötən il millinin heyətində dünya çempionluğunu qazanıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ