1 ildir uçan körpüyə görə yaşadıqları məntəqədən kənara çıxa bilmirlər VİDEO
Tarix: 1-04-2026, 21:43
Baxılıb: 3 546
Google+ Paylaş
Tumblr Paylaş

1 ildir uçan körpüyə görə yaşadıqları məntəqədən kənara çıxa bilmirlər VİDEO

1-04-2026, 21:43

Körpü uçub, digər yolu da sel dağıdıb.
AvroMedia.az xəbər verir ki, qəsəbə sakinləri yaşayış məntəqəsindən kənara çıxa bilmirlər.
Qəsəbə sakinləri Paytaxtla əlaqələndirən yolları olmadığından körpünün digər tərəfində qalıblar. Bu səbəbdən də bizə müsahibə vermək üçün çətinliklə yanımıza yaxınlaşdılar.
Sakinlər bildirirlər ki, yol olmadığından nə qəsəbədəki məktəbə müəllimlər gələ, nə də kənarda işləyənlər işə gedə bilirlər.
Sakinlər yolun uçmasına səbəb kimi ağırtonnajlı yük maşınlarını göstərirlər.
Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda vətəndaşlar üçün alternativ yol var və nəqliyyatın hərəkəti bu istiqamət üzrə təşkil edilib. Uçmuş körpünün yaxınlığındakı yol son günlərdə yenidən yuyulub. Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq işlərə start veriləcək
Sakinlər isə alternativ yolun təpəliklərdə, keçilməz olduğunu bildirirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ