Bağırov körpüsündə son vəziyyət
Tarix: 16-04-2025, 10:36
Baxılıb: 2 550
Google+ Paylaş
Tumblr Paylaş

Bağırov körpüsündə son vəziyyət

16-04-2025, 10:36

Gecə saatlarından yağan yağış nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində hərəkət çətinləşib.
AvroMedia.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, Bağırov tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
Xatırladaq ki, ötən ilin oktyabrında yağan intensiv yağışlar nəticəsində də sözügedən ərazini su basmışdı. Əraziyə rəsmi qurumlar cəlb edilərək baxış keçirmiş, fəsadları aradan qaldırmışdılar.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ