Çində bir qadın il ərzində altı dəfə işdən bir dəqiqə tez çıxdığına görə qovulub.
Bu barədə “The Economic Times” məlumat yayıb.
Məlumata görə, bu ilin əvvəlində Van adlı Quandun əyalətinin sakini Quançjouda yerləşən bir şirkətə qarşı məhkəmə iddiası qaldırıb.
Qeyd olunub ki, o, firmada üç il işləyib və yaxşı nüfuz qazanıb, lakin keçmiş işəgötürən qəfildən onu işdən çıxarmaq qərarına gəlib.
Vana bildirilib ki, ofisin kamera görüntüləri onun təyin olunmuş vaxtdan bir dəqiqə əvvəl masasını tərk etdiyini göstərir. Bu, keçən il bir ay ərzində altı dəfə baş verib və dərhal işdən çıxarılması üçün əsas hesab edilib.
Bundan sonra Van şirkəti məhkəməyə verib.
Məhkəmə iclasında bildirilib ki, işəgötürən qadına baş vermiş qanun pozuntuları barədə xəbərdarlıq etməyib və onu qəfil işdən çıxarmaq hüququna malik deyil.
Məhkəmə Vanın işdən çıxarılmasının qanunsuz olduğuna qərar verib. Nəticədə qadına təzminat ödənilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi