Rusiyanın Kurqan vilayətində azərbaycanlı saxta sənəddən istifadə etməkdə təqsirli bilinib.
AvroMedia.az yerli mediaya istinadla bildirir ki, o, saxta arayış təqdim edərək işə götürüldüyünü sübut etməyə çalışsa da, polis tərəfindən ifşa edilib. Məhkəmə miqrantı cərimələyib.
“Miqrasiya məsələləri üzrə şöbəyə müraciət edən Azərbaycan əsilli şəxs yerli kommersiya təşkilatından əldə etdiyi 2-NDFL arayışını təqdim edib. Məlum olub ki, arayış saxtadır — bu səbəbdən cinayət işi açılıb”, — deyə mənbələr bildiriblər. Azərbaycanlıya 20 min rubl məbləğində cərimə təyin olunub.
Məlumat məhkəmə materialları ilə də təsdiqlənib.
Məhkəmə həmin şəxsi saxta sənəddən istifadə etməkdə təqsirli bilib. Onun ilk dəfə məsuliyyətə cəlb olunduğu nəzərə alınaraq, cərimə cəzasına məhkum edilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi