Qubada torpaq sürüşməsi baş verdi - Yol bağlandı
Tarix: 12-04-2025, 12:50
Baxılıb: 2 564
Google+ Paylaş
Tumblr Paylaş

Qubada torpaq sürüşməsi baş verdi - Yol bağlandı

12-04-2025, 12:50

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib.
AvroMedia.az apa-ya istinadla xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb. Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub.
Yerli sakinlər bildirib ki, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır.
Uzun illərdir, Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü torpaq sürüsməsi 2010-cu ilin aprel ayında baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ