“28 May” stansiyasında kəsişərək birləşən Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına cari ildə başlanacaq.
AvroMedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində görüləcək işlər nəticəsində bu xətlərin müstəqil olması hər birinin öz infrastrukturu çərçivəsində fəaliyyətinin, idarəetmə prinsiplərinin, sərnişindaşıma xidmətinin və texniki quruculuğunun daha səmərəli və keyfiyyətli təşkilinə imkan yaradacaq.
Tədbirlərə metronun “28 May” stansiyası yaxınlığında qazıntı işləri ilə başlanılacaq. Ərazinin ağır geoloji quruluşa malik olması səbəbindən ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək. Bu işlər “Cəfər Cabbarlı-Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası ilə tamamlanacaq. Həmin müddət ərzində geoloji təsirlər nəticəsində “Nizami” stansiyası istiqamətində tunel geyimində meydana gəlmiş və yol mənzilində qatarların sürət həddinin aşağı salınmasına səbəb olan texniki çatışmazlıqlar da aradan qaldırılacaq. Layihə çərçivəsində “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına daha bir keçid tikiləcək. Bu isə sərnişin axını gur olan “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına və əksinə sərnişin axınının parçalanmasına və hərəkətin daha intensiv tənzimlənməsinə, təhlükəsizliyin daha da artırılmasına əsaslı şəkildə təsir göstərəcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi