Yaponiyanın paytaxtı Tokionun mərkəzində yutuber Ayri Sato canlı yayım zamanı bıçaqlanaraq, qətlə yetirilib.
AvroMedia.az xəbər verir ki, polis hadisədən sonra bir nəfəri saxlayıb. Şahidlər və canlı yayımı izləyənlər hücum zamanı Satonun kömək çağırışını eşitdiklərini deyiblər.
Polis 42 yaşlı Kenci Takanonu həbs etdiklərini bildirib. Ayri Sato hadisə zamanı bədənin yuxarı hissəsindən aldığı ağır yaralarla xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, qız orada ölüb. Takano prokurorluğa təhvil verilib, lakin hələ də ittiham irəli sürülməyib.
Silahlara nəzarətin son dərəcə sərt olduğu Yaponiyada zorakı cinayətlərə nadir hallarda rast gəlinir. Lakin son illərdə bıçaq və əldəqayırma silahlarla bir neçə səs-küylü cinayətlər baş verib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi