Reabilitasiya Mərkəzindəki yanğın söndürüldü
Tarix: 6-03-2025, 13:30
Baxılıb: 2 585
Google+ Paylaş
Tumblr Paylaş

Reabilitasiya Mərkəzindəki yanğın söndürüldü

6-03-2025, 13:30

Sumqayıtda tikilidə yanğın başlayıb.
AvroMedia.az xəbər verir ki, yanan tikilinin narkomanlar üçün Reabilitasiya Mərkəzi olduğu məlum olub.
Hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
Üçmərtəbəli tikilinin üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 540 kvadratmetr olan tikilinin taxta konstruksiyalardan ibarət üçüncü mərtəbəsi əşyaları ilə birgə 180 kvadratmetr sahədə yanıb.
Tikilinin birinci və ikinci mərtəbələri yanğından mühafizə olunub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ