Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professoru Hidayət Hüseynov vəfat edib.
Hidayət Hüseynov 1951-ci il yanvarın 20-də anadan olub. 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirant olub. 1976-1990-cı illərdə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildən indiyədək BDU-nun Tətbiqi riyaziyyat kafedrasında işləyib. O, 1978-ci ildə “Dirak tənliklər sistemi üçün səpilmə nəzəriyyəsinin tərs məsələsi” mövzusunda namizədlik, 1998-ci ildə “Adi diferensial tənliklər üçün Yost tipli həllin göstərişləri və tərs məsələlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Əsas tədqiqat sahəsi diferensial operatorların spektral analizi, tərs məsələlər olan professor Hidayət Hüseynov 70-dən çox məqalənin müəllifi idi. 7 elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi