Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb.
AvroMedia.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Yaranan sıxlığın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Hazırda paytaxtın yollarındakı vəziyyət belədir:
1. Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
2. Nizami rayonu. Mikayıl Əliyev küçəsi, “Milli Gimnastika Arenası”nın yaxınlığı, “Koroğlu” m/st istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
3. Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, “Bağırov” körpüsü, mərkəz istiqamətində, sıxlıq yaranıb;
4. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Qara Qarayev prospekti istiqamətində sıxlıq yaranıb;
5. Yasamal rayonu, Tiflis prospekti, körpü, 20 Yanvar dairəsi, mərkəz istiqamətində sıxlıq yaranıb;
6. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Çermet körpüsü, hər iki istiqamətdə sıxlıq yaranıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi