Bakının mərkəzində məlumatlandırıcı lövhə avtobus yoluna aşdı
Tarix: 8-02-2025, 08:45
Baxılıb: 3 044
Google+ Paylaş
Tumblr Paylaş

Bakının mərkəzində məlumatlandırıcı lövhə avtobus yoluna aşdı

8-02-2025, 08:45

Güclü külək səbəbindən paytaxtın mərkəzində yerləşən məlumatverici lövhə aşıb.
AvroMedia.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi, 53 ünvanında baş verib.
Yol kənarında hündürlükdə yerləşən lövhə yolda hərəkət edən 61 saylı avtobusun kənarına aşıb. Aşmış lövhə avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
Hərəkət müvəqqəti dayanıb və avtobusun yan hissəsinə ilişib qalan lövhə yaxınlıqda olan şəxslərin köməyi ilə götürülüb.
Bundan sonra sərnişin avtobusu yoluna davam edib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ