Rafiq Əliyevin qaynı oğlu Rusiyada öldürüldü
Tarix: 6-01-2025, 16:30
Baxılıb: 1 300
Google+ Paylaş
Tumblr Paylaş

Rafiq Əliyevin qaynı oğlu Rusiyada öldürüldü

6-01-2025, 16:30

Rusiyanın paytaxtı Moskva şəhərində əslən azərbaycanlı olan gənc qətlə yetirilib.
AvroMedia.az  xəbər verir ki, paytaxt ərazisində yerləşən çoxmərtəbəli binada mənzillərdən birinə basqın olub. Mənzilə basqın edən naməlum şəxslər evdə tək olan 20 yaşlı azərbaycanlını binanın 13-cü mərtəbəsindən yerə atıblar. O, hadisə yerindəcə keçinib.
Məlumata görə, qətlə yetirilən şəxs “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur.
Mərhumun meyiti bir neçə gün əvvəl Azərbaycana gətirilib və Cəlilabad rayonunda torpağa tapşırılıb.
Qeyd edək ki, M.Hüseynov uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir.
Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ