Gürcüstanın Qudauri munisipalitetində hind restoranında 12 nəfərin meyiti tapılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Qudauri qış kurort zonasında kütləvi ölüm barədə məlumat yayıb.
Qeyd olunur ki, insident kurort zonasında fəaliyyət göstərən Hindistan restoranında vaş verib. Bildirilib ki, restoranın ikinci mərtəbəsindəki yataq otağında 12 nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı, 11-i isə əcnəbidir. Onların hamısının restoranın işçiləri olduğu iddia edilir.
Versiyalardan birinə görə, 12 nəfərin ölümünə səbəb dəm qazıdır. Məlumata görə yataq otağının yaxınlığındakı qapalı yerdə olan generator ötən gün ərazidə elektrik kəsildikdən sonra işə salınıb.
İstintaqın məlumatına görə, ölənlərin meyitlərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. İstintaqın “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə aparıldığı bildirilib.
Hadisə yerində məhkəmə-tibbi ekspertiza cəlb olunub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi