Xalq artisti qaydanı pozaraq təhlükə yaratdı
Tarix: 12-12-2024, 16:25
Baxılıb: 2 289
Google+ Paylaş
Tumblr Paylaş

Xalq artisti qaydanı pozaraq təhlükə yaratdı

12-12-2024, 16:25

Bakıda xalq artisti yol hərəkəti qaydasını pozaraq təhlükə yaradıb.
AvroMedia.az  xəbər verir ki, hadisə noyabrın 27-də, paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, müğənni Aygün Bayramova idarə etdiyi 10 XH 700 qeydiyyat nişanlı "Mersedes" markalı avtomobillə manevr qaydasını pozub. O, güzgüyə baxmadan sağ zolağa manevr edib. Bu zaman arxadan gələn avtomobili sıxışdıraraq ona təhlükə yaradıb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, müğənni İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ