Azərbaycanlı aparıcı avtomobili ilə qəzaya düşdü
Tarix: 6-12-2024, 17:21
Baxılıb: 2 291
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanlı aparıcı avtomobili ilə qəzaya düşdü

6-12-2024, 17:21

Teleaparıcı Gülnar Səhliyarlının başına iş gəlib.
AvroMedia.az xəbər verir ki, MTV-də yayımlanan “Xoş sabah”, “Gümrah həyat” verilişlərinin aparıcısı səhər saatlarında işə gedərkən yol qəzasının iştirakçısı olub.
Belə ki, “Opel” markalı avtomobil ara məsafəsi gözləməyərək onun maşınına çırpılıb.
Aparıcı yeni aldığı “0-km”lik avtomobili ilə artıq ikinci dəfə günahsız yerə qəzaya düşdüyünü bildirib:
“Sığorta keçən dəfə olan qəzanın ödənişini etmədən növbəti hadisənin nəticəsi… Getdiyimiz yolda arxadan məsafə gözləmədi və bu mənzərə qarşımızda. Necə sürücülər var? Dəhşətdir, işə gecikirəm, səhər tezdən yaşadığım olay… “0-km” maşın al. Özün heç vaxt qəza törətmə, amma səni iki dəfə maşınını vursunlar”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ