25 noyabr tarixində günəşdə partlayışlar qeydə alınıb.
AvroMedia.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“Noyabrın 25-də Moskva vaxtı ilə saat 10:42-də (Bakı vaxtı ilə 11:42) rentgen diapazonunda M9.4 (N21E89) partlayışı qeydə alınıb. Partlayış 34 dəqiqə davam edib”, – məlumatda bildirilir.
Bundan əlavə, həmin gün M1.1 və M1.8 gücündə daha iki partlayış baş verib.
Qeyd edək ki, günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən minimal sinif olan A0.0 Yer orbitində kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi