Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Tarix: 13-11-2024, 14:19
Baxılıb: 3 385
Google+ Paylaş
Tumblr Paylaş

Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu

13-11-2024, 14:19

Müğənni və iş adamı Emin Ağalarov 1,7 milyon rublluq ( təxminən 300 min manat) məhkəmə davasında qalib gəlib.
AvroMedia.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Zvezdach Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, 16 saylı Çörək Zavodu Səhmdar Cəmiyyətinin inşaatçısı məhkəməyə müraciətindən imtina edib. İddiaçıya 54 min 755 rubl məbləğində rüsum qaytarılıb.
Oktyabrın 9-da ixtisaslaşmış inşaatçı müğənni və sahibkar Emin Ağalarova məxsus “Krokus Fitness” MMC-ni məhkəməyə verib.
İddiaçı sənətçinin fitnes klubları şəbəkəsini icarə müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməməkdə ittiham edib. Müğənninin şirkətindən 1,7 milyon rubl geri almaq istəyiblər.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ