Təcrübəli paraşütçü Karolina Kennedi (40) Braziliyanın Boituva şəhərində əsas və ehtiyat paraşütlərinin açılmaması nəticəsində dünyasını dəyişib.
AvroMedia.az xəbər verir ki, cilili idmançı 2013-cü ildən paraşütçü və fizioterapevt kimi çalışıb. Polis və Braziliya Paraşüt Federasiyası avadanlığı ələ keçirərək qəza ilə bağlı araşdırmalara başlayıb.
Kennedinin son anlarını əks etdirən kadrlarda paraşütçünün nəzarətsiz şəkildə fırlanaraq yıxıldığı görünür. Ehtiyat paraşütü açılmadığı üçün o, sürətlə yerə çırpılıb. Dərhal hadisə yerinə təcili yardım qrupları gəlsə də, xəstəxanaya aparılan Kennedini xilas etmək mümkün olmayıb.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb