Almaniyanın qərbində sərnişin qatarının hərəkətsiz yük qatarı ilə toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.
AvroMedia.az xəbər verir ki, Almaniya polisinin açıqlamasında Xanten və Duysburq arasındakı dəmiryol hissəsində 13 nəfərin yaralandığı, onlardan üçünün ağır vəziyyətdə olduğu bildirilib.
Hadisə təxminən səhər saat 7:30-da radələrində baş verib. 30 nəfəri daşıyan qatar bitişik relsə keçərək stasionar yük qatarının lokomotivi ilə toqquşub.
Polis nümayəndələri qurbanların həyatı üçün heç bir təhlükənin olmadığını vurğulayırlar.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur