Sumqayıtda işlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.
AvroMedia.az xəbər verir ki, söhbət Sumqayıt-Novxanı yolunda yerləşən restoranlardan birindən gedir.
Burada ofisiant işləyən, Sumqayıt şəhər sakini İ.Məmmədov qumar oyunlarının təşkilində ittiham olunub. Belə ki, o, müştərilərin mərc oyunları oynaması üçün qapıda gözətçi rolunda dayanaraq, onlara şərait yaradıb. Bunun üçün isə İ.Məmmədov müştərilərdən müəyyən məbləğdə pul vəsaiti alıb.
Bu hadisələr dəfələrlə təkrarlanıb. Onun qumar oynayanlara sonuncu "gözətçiliyi" 2023-cü il sentyabrın 21-də olub. Həmin gün gecə saat 1 radələrində polis əməkdaşları daxil olmuş məlumat əsasında restoranda əməliyyat keçiriblər. Nəticədə İ.Məmmədov və qumar oynayanlar saxlanılaraq, şöbəyə aparılıb.
İ.Məmmədov Cinayət Məcəlləsinin 244-1.2.1-ci (qumar oyunlarının keçirilməsi və təşkili, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Hazırda cinayət işi hakim Samir İsmayılovun icraatında araşdırılır.Lent.az

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi