İtkin düşən Vətən müharibəsi qazisi həyətdən sürətlə çıxıbmış - DETALLAR
Tarix: 10-08-2024, 23:09
Baxılıb: 3 171
Google+ Paylaş
Tumblr Paylaş

İtkin düşən Vətən müharibəsi qazisi həyətdən sürətlə çıxıbmış - DETALLAR

10-08-2024, 23:09

Samur-Abşeron kanalının “Şəfəq” qəsəbəsindən keçən hissəsində 44 günlük Vətən müharibəsinin iştirakçısı Abusət Əliyevin idarə etdiyi avtomobilin kanala düşməsinin bəzi detalları məlum olub.
İddialara görə, gecə saat 01:00 radələrində A.Əliyev bu yoldan istifadə edərkən maşın idarəetmədən çıxıb. Avtomobili kanaldan çıxartmaq mümkün olsa da, Abusət Əliyevin axtarışları davam etdirilir.
Qonşuların bildirdiyinə görə, o, həyətdən maşınla sürətlə çıxıb. Onlar əraziyə çatanda artıq maşının batdığını görüblər. A.Əliyevə kömək etmək istəsələr də, avtomobilin içərisində heç kəsi tapmayıblar.
Qonşuların sözlərinə görə, səhər saatlarında kanala düşən maşını çıxarıblar, amma A.Əliyev orada olmayıb.
Ətraflı Baku TV-nin süjetində:
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ