Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
AvroMedia.az xəbər verir ki, Quba-Xınalıq yolunun 42-ci kilometrində yerləşən Əlikçayın üzərindəki körpü uçub.
Məlumata görə, iyulun 28-dən başlayaraq yagan güclü yağışlardan əmələ gələn sel körpünü uçurdub.
Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.
Həmin kəndlərin sakinlərinə körpü bərpa olunana qədər Xınalıq-Susay-Alpan yolundan istifadə etmək tövsiyə edilib.(report)

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi