Keçmiş Səhmdar Kommersiya Aqrar Sənaye Bankının rəhbərliyində təmsil olunmuş Zemfira Kərimova vəfat edib.
AvroMedia.az xəbər verir ki,bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.
Qeyd edək ki, Z.Kərimova keçmiş Səhmdar Kommersiya Aqrar Sənaye Bankında İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, sözügedən bank “Aqrarkredit” QSC-nin hüquqi varisidir.
Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 1987-ci ilin dekabrın 24-də keçmiş SSRİ Aqrar Sənaye Bankının Azərbaycan Respublikası Bankı kimi yaradılıb və 1988-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayıb. 1992-ci il oktyabrın 26-dan Azərbaycan Respublikası Səhmdar Kommersiya Bankı kimi təsis edilib və 2001-ci ilədək Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı kimi fəaliyyət göstərib. 2001-ci ildən isə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi