Bu gün axşam saatlarında Hirkan Milli Parkının Lənkəran rayonu Yuxarı Təngivan kəndi yaxınlığında yanğın hadisəsi baş verib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Axar.az-a bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb meşədə giləmeyvə yığan kənd sakinlərinin odla ehtiyatsız davranmaları olub.
"Hadisə yerinə Milli Parkın, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın tez bir zamanda söndürülüb. Yanğın nəticəsində quru ot örtüyü yanıb".
Xidmət rəisi qeyd edib ki, təbiətdə olarkən vətəndaşların ehtiyatsızlığı, yanğın təhlükəsizliyi qaydalarına əməl etməmələri, təəssüf ki, belə fəsadlarla nəticələnir, meşə sahəsinə, ətraf mühitə ziyan dəyir.
"Bir şəxsin ehtiyatsızlığı bəzən hektarlarla meşəlikdə yanğın fəlakətinə gətirib çıxarır. Odur ki, hər kəsə, xüsusilə ətraf kəndlərdə yaşayan sakinlərə müraciət edirik, təbiətdə olarkən məsuliyyətli davranmağı, odla ehtiyatlı olmağı unutmayın və yanğına səbəb olmayın”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi