Gəncədə “day-dayım var, sürürəm” deyərək idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan xanım sürücü saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, xanımın “day-day” dediyi tanışı öz adına avtomobil icarəyə götürüb və ona bir neçə saatlıq sürməsi üçün verib. Həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir.
AvroMedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, keçirilən müvafiq tədbirlər nəticəsində avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib: “Araşdırmalar zamanı şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunub. Şəxslə profilaktik söhbət aparılaraq barəsində inzibati protokol tərtib olunub”.
Xatırladaq ki, Gəncədə xanım sürücü idarə etdiyi avtomobillə kobud qayda pozaraq təhlükəli manevrlər edib, həmin anın videogörüntüsünü sosial şəbəkə hesabında paylaşıb.
Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona kiminsə “day-dayılıq” etdiyini bildirib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur