İyunun 26-da Bakıda həmkəndlisi İsmayıl Allahverdiyev tərəfindən güllələnən 24 yaşlı Tural Kosayev doğulduğu Qazaxın Daş Salahlı kəndində dəfn edilib.
AvroMedia.az Baku TV-yə istinadla xəbər verir ki, mərhumun atası Kamil Kosayev oğlunu qətlə yetirən İsmayıl Allahverdiyevi tanımadığını, onunla heç bir problemlərinin olmadığını söyləyib.
“Kaş ki, ayağından vurardı, balam yaşayardı. Bəlkə, ayağı kəsilərdi, gələrdi, gözümün qabağında olardı. Yaşayardı, nəfəsi gələrdi. Kaş o torpağa mən girərdim”, - mərhumun atası deyib.
İsmayıl Allahverdiyevin Daş Salahlıdakı qonşuları isə ailənin Bakıya yollandığını bildiriblər:
"Deyilənə görə, ikisi də eyni qızı istəyirmiş. İsmayılı döyüblər. O da "burada durun, gəlirəm" deyib. Silahı götürüb gəlib, oğlanı vurub".
Qeyd edək ki, hadisə ötən gün “Metro Park” ticarət mərkəzinin önündə baş verib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi