Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AvroMedia.az-a verilən xəbərə görə, mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayının hövzəsinə yağan leysan yağış nəticəsində çaydan güclü sel keçib.
Debed çayı Kür çayına töküldüyü üçün, eyni zamanda qonşu Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan leysan yağışlar nəticəsində Kür çayının Tiflis məntəqəsində səviyyənin kəskin artması ilə əlaqədar mayın 26-dan başlayaraq Kür-Qıraqkəsəmən məntəqəsində artım müşahidə olunub.
Qeydə alınan ən yüksək səviyyə 27 may saat 7:00-da 628 sm-ə çatmış, saat 9:00-dan etibarən isə çayda suyun səviyyəsi tədricən azalaraq 598 sm olub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi