Tut yemək üçün ağaca çıxan azyaşlını cərəyan vurdu
Tarix: 23-05-2024, 21:37
Baxılıb: 4 176
Google+ Paylaş
Tumblr Paylaş

Tut yemək üçün ağaca çıxan azyaşlını cərəyan vurdu

23-05-2024, 21:37

Cəlilabad rayonunun Günəşli kəndində bədbəxt hadisə baş verib.
AvroMedia.az xəbər verir ki, kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyeva tut yemək üçün ağaca çıxıb. Bu zaman onu ağacda elektrik cərəyanı vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun artıq öldüyü məlum olub.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 18:25 radələrində 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxs elektrik cərəyanı vurması səbəbilə xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Xəsarət alan şəxsin həkiməqədər ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.Report
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ