FHN Xəzər rayonunda qanunsuz tikililəri söküb
Tarix: 3-04-2024, 13:56
Baxılıb: 1 483
Google+ Paylaş
Tumblr Paylaş

FHN Xəzər rayonunda qanunsuz tikililəri söküb

3-04-2024, 13:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Xəzər rayonu ərazisində qanunsuz tikililəri söküb.
AvroMedia.az xəbər verir ki, söküntü işləri rayonun Zirə və Şüvəlan qəsəbələrində tikintiyə icazə sənədləri olmayan kənd təssərrüfatı, eləcə də yaşayış təyinatlı tikililərdə aparılıb.
Məlumata görə, qanunsuz zəbt edilən ərazilərdə bir neçə dəfə söküntü işləri aparılsa da, yenidən tikinti işləri həyata keçirilib.
FHN-in Tikintidə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin İnzibati Xətalar, Tikintiyə Nəzarət sektorunun müdiri Kərim Ağayev bildirib ki, tikintidə dövlət nəzarəti dayandırma və söküntü qaydaları birbaşa FHN-in səlahiyyətindədir. Prezidentin fərmanına əsasən, qanunsuz tikintiyə qarşı mübarizə istiqamətində Şəhərsalma və Arxitektura Komitəsi, icra hakimiyyətləri və polis qanunsuz tikililərə qarşı reydlər keçirir.
“Hazırda Xəzər rayonunun Zirə qəsəbəsində qanunsuz tikilinin sökülməsi ilə bağlı verilən qərarın icrasını həyata keçiririk. Avqust ayında tikilinin sökülməsinə qərar verilib. Bir neçə dəfə sökülsə də, sahibkar yenidən tikinti işlərini aparmağa cəhd edib. Torpaq kənd təssərrüfatı təyinatlıdır. Tikintiyə icazə sənədi yoxdur. Təxminən 6-7 hektarlıq ərazidə qanunsuz tikinti işləri aparılıb. Söküntü işləri davam etdiriləcək”, - deyə o bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ