Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
Tarix: 27-03-2024, 21:39
Baxılıb: 2 918
Google+ Paylaş
Tumblr Paylaş

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

27-03-2024, 21:39

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi.
Trend xəbər verir ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan MSSR-nın Ordubad şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ