Moskvada yerləşən “Crocus City Hall”un sahibi Araz Ağalarov ilk dəfə olaraq martın 22-də konsert zalında baş verən terror aktına münasibət bildirib.
O, oğlu Emin Ağalarov və filial direktoru Roman Qraçovla birlikdə hadisə yerinə baş çəkib.
“Dəhşətli faciə baş verdi və artıq deyildiyi kimi, son 20 ildə belə bir şey olmamışdı”, - Araz Ağalarov bildirib.
Onun sözlərinə görə, terrorçular konsert zalına qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar.
“Əllərində avtomat, gördükləri hər kəsə və hər şeyə atəş açmağa başlayıblar. Bir mühafizəçi həlak olub, digəri yaralanıb. Onlar heç mühafizəçi də deyillər. Biz onlara “nəzarətçi” deyirik”, - deyə Araz Ağalarov bildirib.
Araz Ağalarov baş verənləri ümumbəşəri dəyərlər baxımından izaholunmaz hadisə adlandırıb.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu