Bir ay əvvəl ailə quran musiqiçi qəfil öldü (FOTO)
Tarix: 11-03-2024, 18:04
Baxılıb: 2 824
Google+ Paylaş
Tumblr Paylaş

Bir ay əvvəl ailə quran musiqiçi qəfil öldü (FOTO)

11-03-2024, 18:04

Şəmkir rayonunda gənc musiqiçi qəfil vəfat edib.
AvroMedia.az xəbər verir ki, rayonun Mahmudlu kənd sakini, 1988-ci il təvəllüdlü Muxtar Nizami oğlu Abdullayev fevralın 10-na keçən gecə ürəktutmadan dünyasını dəyişib.
Bildirilib ki, Şəmkirdə fəaliyyət göstərən musiqi ansamblının nağaraçısı olan Muxtar həmin gecə toydan evə gəlib və az sonra vəziyyəti ağırlaşıb. Təcili tibbi yardım çağırılsa da, M.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.
O da məlum olub ki, Muxtar Abdullayev 1 ay əvvəl - fevralın 9-da evlənibmiş. O, rayonun Xuluflu kəndindən olan Vətən müharibəsi şəhidi Şamxal Əjdərlinin bacısı ilə ailə həyatı qurubmuş.
Yaxınlarının bildirdiyinə görə, Muxtarın ürəyində problemin olması əvvəldən məlum imiş və həkimlər ona ailə həyatı qurmağı tövsiyə etməyib.qafqazinfo
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ