Dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən kecən 45-ci kilometirliyində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis leytenantı Elvin Hacıyev məlumat verib.
Neftçala rayon sakini Abdulla Əsgərovun Salyan-Şirvan marşrut xətti üzrə idarə etdiyi “Mercedes-Benz” markalı, 99-SK-685 dövlət qeydiyyat nişanlı mikroavtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində iki nəfər xəsarət alıb, altı nəfər sərnişinə isə ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi