Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gecə saat 1 radələrində 1985-ci il təvəllüdlü Fərrux Nazim oğlu Cabbarov Xındırıstan kəndi istiqamətində "Lada Priora" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək ağaca vurub.
Nəticədə sürücü hadisə yerində ölüb.
Məlum olub ki, F.Cabbarov avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə edib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əlimədətli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası