Mingəçevir şəhərində seçki məntəqəsinin sədri iş başında qəfil vəfat edib.
Hadisə Nizami küçəsi, 9 ünvanında yerləşən 33 saylı seçki məntəqəsində baş verib. Məntəqənin sədri, 14 saylı “Aynur” körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Məmməd qızı Əsgərovanın vəziyyəti qəfil pisləşib. O, xəstəxananın təcili tibbi yardım şöbəsinə aparılsa da, orada vəfat edib.
İlkin məlumata görə, 63 yaşlı sədr ürək çatışmazlığından vəfat edib.
Yaxınları bildiriblər ki, K.Əsgərova bir neçə gün əvvəl səhhəti ilə bağlı həkimə müraciət edibmiş.

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...