Rusiyalı məşhur milyarder faciəvi şəkildə öldü
Tarix: 16-01-2024, 22:15
Baxılıb: 2 417
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyalı məşhur milyarder faciəvi şəkildə öldü

16-01-2024, 22:15

Rusiyalı milyarder və NBCOM Qrupunun təsisçisi, 48 yaşlı Andrey Qodunov Murmansk vilayətində gəzinti zamanı ölüb.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Sankt-Peterburqdan olan iş adamı qar uçqunu altında qalıb.
Qodunovun cəsədi Rusiyanın Kola yarımadasındakı Xibin dağının Ramsay dərəsi yaxınlığında tapılıb. İş adamı İqor Slonski də onunla birlikdə olub.
KİV-in məlumatına görə, onlar qeydiyyatdan keçməyən tur qrupu ilə qar maşını ilə hərəkət edərkən uçqun baş verib. Hər iki iş adamı yerindəcə keçinib.
Məlumat rəsmən təsdiqlənib, cinayət işi başlanıb.
Qeyd edək ki, 2023-cü ildə Andrey Qodunovun sərvəti 3,5 milyard rubl olaraq qiymətləndirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ