Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı magistral yolda tıxac yaranıb. Təxminən bir saata yaxın avtomobillərin hərəkəti qəza səbəbindən məhdudlaşıb.
Yol-nəqliyyat hadisəsi günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayon Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin yanacaq daşıyan digər bir avtomobillə toqquşması nəticəsində hadisəyə səbəb olan yük avtomobili əks istiqamətdə hərəkətdə olan və “Azərpoçt” MMC-yə məxsus avtomobilin qarşısına çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb.
Qeyd edək ki, qəza səbəbindən magistral yolda böyük tıxac yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb ediliblər və hərəkət bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb