Bərdədə ağır yol qəzası baş verib
Tarix: 14-11-2023, 09:32
Baxılıb: 1 814
Google+ Paylaş
Tumblr Paylaş

Bərdədə ağır yol qəzası baş verib

14-11-2023, 09:32

Bərdədə yük avtomobili ilə minik maşını toqquşub, ölən var.

Hadisə Bərdə rayonu, Yeni Daşkənd kəndindən Bərdə-Tərtər yolu istiqamətində qeydə alınıb.

Belə ki, Təhsin Cabbarovun idarə etdiyi Kamaz-55111 markalı yük avtomobili 1986-cı il təvəllüdlü Elməddin Məhərrəmovun idarə etdiyi VAZ 2106 markalı avtomobillə toqquşub.

Nəticədə VAZ 2106 markalı avtomobilin sürücüsü E.Məhərrəmov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ