Tərtərdə minaya düşən şəxsin bir qolu amputasiya edilib
Tarix: 26-10-2023, 08:28
Baxılıb: 2 177
Google+ Paylaş
Tumblr Paylaş

Tərtərdə minaya düşən şəxsin bir qolu amputasiya edilib

26-10-2023, 08:28

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Elçin Xanbaba oğlu Nurəliyevin minaya düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan  bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ